...

Bərdədə yaşayış evində yanğın baş verib

Hadisə Materials 20 Avqust 2018 22:01 (UTC +04:00)

Bakı. Tural Turan - Trend:

Bərdədə yaşayış evində yanğın baş verib. Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, rayonda ümumi sahəsi 60 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyü 60 m² sahədə, 2 otağın yanar konstruksiyaları 21 m² sahədə və evə bitişik ümumi sahəsi 20 m² olan talvar yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti