...

Bakıda mərkəzi parkların birində 3 kq-a yaxın nərə kürüsü aşkarlanıb

Hadisə Materials 13 Sentyabr 2018 15:01 (UTC +04:00)
Səbail rayonu ərazisində yerləşən parkda bir qrup şəxsdən 2,5 kiloqram nərə balığının kürüsü götürülüb
Bakıda mərkəzi parkların birində 3 kq-a yaxın nərə kürüsü aşkarlanıb

Bakı. Trend:

Səbail rayonu ərazisində yerləşən parkda bir qrup şəxsdən 2,5 kiloqram nərə balığının kürüsü götürülüb.

DİN-dən Trend-ə verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə sentyabrın 12-də Səbail rayonunun Xəqani küçəsində yerləşən parkda Masallı rayon sakini Eynulla Ağayev, Bakı şəhər sakinləri Rüfət Ağayev və Tahir Məmmədovdan 2,5 kiloqram nərə balığının kürüsü götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti