...

Qadını şantaj edən Şamaxı sakini saxlanılıb

Hadisə Materials 17 Sentyabr 2018 14:20 (UTC +04:00)
Qadından hədə-qorxu ilə 3000 manat tələb edən Şamaxı rayon sakini Hüseyn Sayılov cinayət başında yaxalanıb
Qadını şantaj edən Şamaxı sakini saxlanılıb

Bakı. Trend:

Şirvan Şəhər Polis Şöbəsinə müraciət edən qadın bir nəfərin onun qızının çılpaq şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyib 3.000 manat tələb etdiyini bildirib.

DİN-dən Trend-ə verilən məlumata görə, sentyabrın 15-də polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs qadından qeyd olunan məbləği alarkən cinayət başında yaxalanıb.

Araşdırmalarla onun Şamaxı rayon sakini Hüseyn Sayılov olduğu müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci maddəsi (hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi başlanılıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti