...

Axtarışda olan 23 nəfər saxlanılıb

Hadisə Materials 25 Sentyabr 2018 09:09 (UTC +04:00)
Sentyabrın 25-dən 26-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.
Axtarışda olan 23 nəfər saxlanılıb

Bakı. Samir Əli - Trend:

Sentyabrın 25-dən 26-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 102 cinayət faktı qeydə alınıb, onların da 14-ü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 14 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 23 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti