...

Bakıda yanğın, sakinlər təxliyə edildi

Hadisə Materials 8 Oktyabr 2018 09:36 (UTC +04:00)
Bakıda baş verən yanğında bir nəfər tüstüdən zəhərlənib.
Bakıda yanğın, sakinlər təxliyə edildi

Bakı. Trend:

Bakıda baş verən yanğında bir nəfər tüstüdən zəhərlənib.

FHN-dən Trend-ə verilən məlumata görə, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış elektrik lövhəsində 21 ədəd elektrik sayğacı yanıb.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib, üçü azyaşlı olmaqla 14 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti