...

Şabranda ov tüfəngi ilə ehtiyatsızlıq ölümə səbəb olub

Hadisə Materials 15 Oktyabr 2018 16:38 (UTC +04:00)
Qırma yaraları ilə xəstəxanaya gətirilmiş Şabran rayonunun Zeyvə kənd sakini Mahir Şıxəliyev orada ölüb
Şabranda ov tüfəngi ilə ehtiyatsızlıq ölümə səbəb olub

Bakı. Trend:

Şabranda ov tüfəngi ilə ehtiyatsızlıq ölümə səbəb olub.

DİN-dən Trend-ə verilən məlumata görə, oktyabrın 13-də Şabran rayonunun Zeyvə kənd sakini Mahir Şıxəliyev qırma yaraları ilə xəstəxanaya gətirilib və həmin gün orada ölüb.

Polis və prokuroluq orqanlarının əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı qonşusu olan bir yeniyetmənin ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəşlə M.Şıxəliyevin baş nahiyəsinə xəsarət yetirməsi müəyyən edilib.

Yeniyetmə saxlanılıb, “TOZ-12” və “İJ-16” markalı tüfənglər maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti