...

Bərdədə avtomobil qaçıran şəxs saxlanılıb

Hadisə Materials 17 Oktyabr 2018 15:52 (UTC +04:00)
Bərdədə avtomobil qaçıran şəxs saxlanılıb
Bərdədə avtomobil qaçıran şəxs saxlanılıb

Bakı. Trend:

Bərdədə avtomobil qaçıran şəxs saxlanılıb.

DİN-dən Trend-ə verilən məlumata görə, oktyabrın 16-da Bərdə şəhərinin ərazisindən şəhər sakini Fuad Mirzəyevə məxsus “VAZ-21011” markalı avtomobil qaçırılıb.

Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Mehdili kənd sakini Bəxtiyar Əliyev kənd ərazisində avtomobillə birgə saxlanılıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti