...

Abşeronda şirkət avtomobili 7 yaşlı uşağı vurub qaçdı (YENİLƏNİB)

Hadisə Materials 18 Oktyabr 2018 19:59 (UTC +04:00)
Abşeron rayonunda şirkət əməkdaşı azyaşlını avtomobillə vurub qaçıb.
Abşeronda şirkət avtomobili 7 yaşlı uşağı vurub qaçdı (YENİLƏNİB)

Bakı. Samir Əli - Trend:

Abşeron rayonunda şirkət əməkdaşı azyaşlını avtomobillə vurub qaçıb.

Trend-in məlumatına görə, hadisə Xırdalan qəsəbəsində baş verib.

Xırdalan şəhər sakini "Carlsberg Azerbaijan" şirkətinə məxsus idarə etdiyi "Seat İbiza" markalı avtomobillə 2011-ci il təvəllüdlü azyaşlını vurub.

Avtomobil azyaşlının ayağının üstündən keçib və sürücü hadisə yerindən qaçıb.

Xəsarət alan azyaşlı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.1-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (Yol nəqliyyatı hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Məsələ ilə bağlı “Carlsberg Azerbaijan” şirkətindən Trend-ə bildiriblər: “Biz baş verən hadisədən təəssüflənirik və zərər çəkmiş uşağın tezliklə sağalmasına ümid edirik. Əməkdaşımıza gəldikdə isə onu deyə bilərik ki, şirkət daxilində araşdırma aparılacaq və hazırda aparılan istintaqda müvəkkil orqanlara yardım edəcəyik. Xırdalanda yerləşən şirkət olaraq, biz yerli icmanın nümayəndələrinə daim kömək etməyə çalışırıq. Ona görə də istintaqın nəticələrindən və məhkəmənin qərarından asılı olmayaraq, biz uşağın müalicəsi və reabilitasiyasının uğurlu keçməsi üçün onun ailəsinə yardım göstərmək istərdik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti