İlk xəbər saat 11:53-də yayılıb
Bakı. Trend:
Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi yaxınlığında dənizdə (təxminən 3 km dənizin içinə doğru) taxta qayıqda köməksiz vəziyyətdə qalmış 2 nəfər (balıqçı) xilas olunub.
Bu barədə Trend-ə FHN-dən məlumat verilib.
Balıqçıların olduğu qayıq Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən yedəyə alınaraq sahilə gətirilib.
XXX
saat 11:53
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi yaxınlığında dənizdə (təxminən 3 km dənizin içinə doğru) 2 nəfərin (balıqçı) taxta qayıqda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri qeyd olunan əraziyə cəlb olunub. Eyni zamanda, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi tərəfindən aidiyyəti dövlət qurumları məlumatlandırılıb. Əlavə məlumat veriləcək.