...

Sumqayıtda axtarışda olan şəxs saxlanılıb

Hadisə Materials 22 Yanvar 2019 14:39 (UTC +04:00)
Sumqayıtda axtarışda olan şəxs saxlanılıb
Sumqayıtda axtarışda olan şəxs saxlanılıb

Bakı. Trend:

Sumqayıtda axtarışda olan şəxs saxlanılıb.

DİN-dən Trend-ə verilən məlumata görə, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Elçin Musayev saxlanılıb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 4-də şəhər sakini olan bir qadının içərisində 365 manat, qızıl əşyalar və sənəd olan çantasını oğurlaması da müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti