...

Rusiyada şəhər merinə hücum olub

Hadisə Materials 15 Fevral 2019 14:12 (UTC +04:00)
Rusiyada şəhər merinə hücum olub.
Rusiyada şəhər merinə hücum olub

Bakı. Trend:

Naməlum şəxs Rusiyanın İvanovo şəhərinin meri Vladimir Şarıpova hücum edib.

Trend-in məlumatına görə, şəhər başçısı həyatı və sağlamlığı üçün təhlükə olmayan xəsarətlər alıb.

Hadisəni xuliqanlıq kimi qiymətləndirən polis araşdırma aparır, cinayətkar axtarılır.

Meriyadan faktı təsdiqləyərək bildiriblər ki, V.Şarıpov iş yerindədir və yüngül zədələnib.

Xatırladaq ki, o, 2016-cı ilin noyabrında İvanovo şəhərinin meri vəzifəsində çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti