...

Ucar sakini və azyaşlı qızını maşın vurub öldürdü

Hadisə Materials 4 Mart 2019 15:28 (UTC +04:00)
Ucar rayonunun Küçəkənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Ucar sakini və azyaşlı qızını maşın vurub öldürdü

Trend-i buradan izləyin

Bakı. Trend:

Ucar rayonunun Küçəkənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, martın 3-də saat 16 radələrində Ucar rayonunun Küçəkənd kəndi ərazisində Bərdə rayon sakini R.Cavadov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən Bakı şəhər sakinləri T.İsgəndərlini və onun azyaşlı qızını vurub.

Nəticədə T.İsgəndərli hadisə yerində, uşaq isə xəstəxanaya aparılarkən yolda ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti