...

Ata ehtiyatsızlıq üzündən azyaşlı qızını öldürdü

Hadisə Materials 11 Mart 2019 14:50 (UTC +04:00)
Binəqədi qəsəbəsində bədbəxt hadisə baş verib.
Ata ehtiyatsızlıq üzündən azyaşlı qızını öldürdü

Bakı. Trend:

Binəqədi qəsəbəsində bədbəxt hadisə baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, martın 10-da Binəqədi qəsəbəsində yaşayan F.Soltanlı evinin həyətində “Mercedes” markalı avtomobilini saxlayıb düşüb. Bu zaman avtomobil əyləcdən çıxıb hərəkətə gəldiyindən azyaşlı qızı təkərin altında qalaraq ölüb.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti