...

Bakıda mebel sexi yanıb

Hadisə Materials 21 Mart 2019 12:54 (UTC +04:00)
Bakıda yanğın qeydə alınıb
Bakıda mebel sexi yanıb

Bakı. Trend:

Bakıda yanğın qeydə alınıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 500 m² olan birmərtəbəli tikilinin (mebel sexi kimi fəaliyyət göstərir) yanar konstruksiyaları 150 m² sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti