...

Yevlaxda qaz borusu oğurlamağa cəhd göstərən şəxslər saxlanılıb

Hadisə Materials 3 Aprel 2019 16:52 (UTC +04:00)
255 metr uzunluğunda qaz borusunu oğurlamağa cəhd göstərməkdə şübhəli bilinən Yevlax şəhər sakinləri T.Bərxudarov və K.Şükürov saxlanılıblar
Yevlaxda qaz borusu oğurlamağa cəhd göstərən şəxslər saxlanılıb

Bakı. Trend:

Cari il mart ayının 31-nə keçən gecə Yevlax rayonunun Aran qəsəbəsi ərazisində 255 metr uzunluğunda qaz borusunun kəsilərək oğurlanmasına cəhd göstərilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğa cəhd göstərməkdə şübhəli bilinən şəhər sakinləri T.Bərxudarov və K.Şükürov saxlanılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti