...

Goranboyda qonşusunun evindən oğurluq edən şəxs saxlanılıb

Hadisə Materials 6 Aprel 2019 16:12 (UTC +04:00)
Goranboy Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun Dəliməmmədli şəhər sakini ona məxsus evdən oğurluq olunması barədə məlumat verib.
Goranboyda qonşusunun evindən oğurluq edən şəxs saxlanılıb

Bakı. Trend:

Goranboy Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun Dəliməmmədli şəhər sakini ona məxsus evdən oğurluq olunması barədə məlumat verib.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, daxil olmuş məlumat əsasında RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən şəxsin rayon sakini 33 yaşlı Samir Kərimov olduğu müəyyən edilib.

Aparılan araşdırmalarla onun vətəndaşa məxsus evdən bir ədəd 1200 manat dəyərində brilyant qaşlı qadın üzüyü oğurladığı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti