...

Bakıda qəza zamanı xəsarət alan Gəncə sakini xəstəxanada ölüb

Hadisə Materials 17 Aprel 2019 15:41 (UTC +04:00)
Bakıda yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Gəncə şəhər sakini Samir Rüstəmov yerləşdirildiyi xəstəxanada ölüb.
Bakıda qəza zamanı xəsarət alan Gəncə sakini xəstəxanada ölüb

Bakı. Samir Əli - Trend:

Bakıda yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Gəncə şəhər sakini Samir Rüstəmov yerləşdirildiyi xəstəxanada ölüb.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 15-də saat 4 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Gəncə şəhər sakini E.Quliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Gəncə şəhər sakini Samir Rüstəmovu vurub.

Xəstəxanaya yerləşdirilmiş piyada aprelin 16-da orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti