...

Bakıda piyadanı vurub qaçan sürücü saxlanılıb

Hadisə Materials 18 Aprel 2019 15:17 (UTC +04:00)
Bakıda piyadanı vurub qaçan sürücü saxlanılıb
Bakıda piyadanı vurub qaçan sürücü saxlanılıb

Bakı. Trend:

Bakıda piyadanı vurub qaçan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 6-da Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolun kənarında dayanmış qəsəbə sakini R.Əzizov vurulub.

Ayaq nahiyəsindən xəsarət almış piyada xəstəxanaya müraciət etməyib.

Xəzər RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində piyadanın xəsarət alması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmış “Nissan” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini A.Umnyaşkin müəyyən edilərək saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti