...

Səhiyyə Nazirliyindən üzünü it parçalayan uşağın son vəziyyəti ilə bağlı AÇIQLAMA

Hadisə Materials 22 Aprel 2019 15:40 (UTC +04:00)
Səhiyyə Nazirliyi Bakının Binəqədi rayonunun Sulutəpə qəsəbəsində it dişləyən uşağın vəziyyətini açıqlayıb.
Səhiyyə Nazirliyindən üzünü it parçalayan uşağın son vəziyyəti ilə bağlı AÇIQLAMA

Bakı. İlhamə İsabalayeva - Trend:

Səhiyyə Nazirliyi Bakının Binəqədi rayonunun Sulutəpə qəsəbəsində üzünü it parçalayan uşağın vəziyyətini açıqlayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, aprel ayının 16-da it dişləməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilən 2015-ci il təvəllüdlü Hüseyn Məmişovun hazırkı vəziyyəti stabildir.

Onun müalicəsi 1 saylı Kliniki Tibbi Mərkəzdə davam edir: "Xəstə peşəkar tibb işçilərinin nəzarəti altındadır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti