...

Bakıda "Mercedes" velosipedçini xəstəxanalıq etdi

Hadisə Materials 20 May 2019 14:40 (UTC +04:00)
Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Bakıda "Mercedes" velosipedçini xəstəxanalıq etdi

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə Səbael rayonu, Bibiheybət qəsəbəsində məscidinin yaxınlığında qeydə alınıb. Belə ki, "Mercedes E-class" markalı avtomobil velosipedçini vurub.

Nəticədə ağır xəsarətlər alan velosipedçini "Mercedes E-class"in sürücüsü xəstəxanaya çatdırıb.

Hazırda yaralı 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisə zamanı "Mercedes E-class" avtomobilinə də ziyan dəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti