...

Sumqayıtda çoxmərtəbəli yaşayış binasında yanğın, sakinlər təxliyə edilib

Hadisə Materials 3 İyun 2019 22:12 (UTC +04:00)

Bakı. Trend:

Sumqayıtda yanğın qeydə alınıb.

FHN-dən Trend-ə verilən məlumata görə, Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasının şaxtasında 50 p.m elektrik kabeli və məişət tullantıları yanıb.

Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti