...

Avtomobillə vurulub öldürülən şəxsin yaxınları axtarılır (FOTO)

Hadisə Materials 24 İyun 2019 17:55 (UTC +04:00)
50-55 yaşlarında avtomobil tərəfindən vurularaq öldürülən naməlum kişi meyiti aşkar edilib.
Avtomobillə vurulub öldürülən şəxsin yaxınları axtarılır (FOTO)

Bakı. Samir Əli - Trend:

İyun ayının 23-də Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Bağırov küçəsi 78 ünvanında təxminən 50-55 yaşlarında avtomobil tərəfindən vurularaq öldürülən naməlum kişi meyiti aşkar edilib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Həmin şəxsin xarakterik əlamətləri belədir: boyu 170-175 santimetr, orta bədən quruluşlu, gözlərinin rəngi qaradır. Tapılan zaman əynində boz rəngli şalvar və çəhrayı rəngli köynək olub.

Şəxsiyyəti istintaqa məlum olmayan, şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə (012) 450-02-02, həmçinin (070) 272-00-73 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti