...

Masallıda ölümlə nəticələnən QƏZA baş verib

Hadisə Materials 26 İyul 2019 19:12 (UTC +04:00)
Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Masallı rayonunun 2-ci Səmidxan kənd sakini Səadət Manafova yerləşdirildiyi xəstəxanada ölüb.
Masallıda ölümlə nəticələnən QƏZA baş verib

Bakı. Trend:

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Masallı rayonunun 2-ci Səmidxan kənd sakini Səadət Manafova yerləşdirildiyi xəstəxanada ölüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 24-də saat 18 radələrində Masallı rayonunun Qəriblər kəndi ərazisində Masallı qəsəbə sakini D.Məmmədovun idarə etdiyi “Mercedes”, Səmidxan kənd sakini R.Ağazadənin idarə etdiyi “VAZ-21011” və Ərkivan qəsəbə sakini S.Məmmədovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə R.Ağazadənin sərnişini, 2-ci Səmidxan kənd sakini S.Manafova xəstəxanaya yerləşdirilib və iyulun 25-də orada ölüb.

Masallı RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti