...

Avtomobillər toqquşdu - 2 ölü, 2 yaralı

Hadisə Materials 30 İyul 2019 20:55 (UTC +04:00)
İranın şimalında Gilan vilayətinin Fumən-Səravan yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Avtomobillər toqquşdu - 2 ölü, 2 yaralı

Bakı. Elnur Bağışov - Trend:

İranın şimalında Gilan vilayətinin Fumən-Səravan yolunda yol-nəqliyyat hadisəsi baş verib. Trend-in məlumatına görə, qəza nəticəsində 2 nəfər həlak olub.

Hadisəni təsdiqləyən Gilan vilayətinin yol polisi rəisi polkovnik Hüseyn Məhəmmədpurun sözlərinə görə, insident zamanı daha 2 nəfər yaralanıb.

Məlumata görə, "Pride" markalı avtomobil "Pride 132" markalı avtomobillə toqquşub. Toqquşma nəticəsində "Pride 132" markalı avtomobil qarşı yola çıxaraq "Samand" markalı avtomobillə toqquşub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti