...

Qaradağda qəzaya uğrayan avtomobilin sürücüsünü FHN xilas etdi

Hadisə Materials 4 Sentyabr 2019 10:20 (UTC +04:00)
Bakı şəhərinin Qaradağ rayonunda “Shacman” markalı yük avtomobili yol kənarındakı beton maneəyə çırpılıb.
Qaradağda qəzaya uğrayan avtomobilin sürücüsünü FHN xilas etdi

Trend-i buradan izləyin

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Qaradağ rayonunda “Shacman” markalı yük avtomobili yol kənarındakı beton maneəyə çırpılıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti