...

Biləsuvarda narkotik aparan iki şəxs saxlanılıb

Hadisə Materials 26 Sentyabr 2019 13:52 (UTC +04:00)

Bakı. Trend:

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında iki nəfər Azərbaycan Respublikasının vətəndaşı Biləsuvar gömrük postunda saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, sorğu-sual zamanı vətəndaşlar üzərlərində qanunla qadağan olunan hər hansı predmetin, o cümlədən narkotik vasitə və ya psixotrop maddələrin olmadığını bildiriblər. Bundan sonra vətəndaşların gətirdiyi yüklər rentgen aparatından keçirilib.

Yoxlama nəticəsində vətəndaşlardan birinə məxsus çantanın içərisindəki şəxsi əşyaların arasından və kiçik ölçülü əl çantasının içərisindən gömrük nəzarətindən gizlədilən yapışqanlı lentə sarılmış 2 büküm aşkarlanıb. Bükümlərin birində 30 ədəd, digərində isə 11 ədəd üzərində "F/M40" nişanəsi olan açıq qəhvəyi rəngli "metadon" adlı dərman preparatı aşkarlanıb.

Şəxsi yoxlama zamanı isə həmin vətəndaşın üzərindəki şalvarın kəmərinin altından, yapışqanlı lentə sarılan daha bir büküm aşkarlanıb. Bükümə baxış zamanı icərisində 30 ədəd "F/M40" nişanəsi olan açıq qəhvəyi rəngli "metadon" adlı dərman preparatı olduğu məlum olub.

Qeyd edək ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti