Bakı. Trend:
Biləsuvar sakinində 2 kilodan artıq tiryək aşkarlanıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Biləsuvar RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Əyricə kənd sakini, əvvəllər məhkum olunmuş V.Salmanovdan 2 kiloqramdan artıq tiryək götürülüb.