...

Masallıda it dişləməsindən ölən 4 yaşlı uşaqla bağlı TƏFƏRRÜAT

Hadisə Materials 17 Oktyabr 2019 16:41 (UTC +04:00)
Sentyabrın 15-də Masallıda it dişləməsindən ölən azyaşlı ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Masallıda it dişləməsindən ölən 4 yaşlı uşaqla bağlı TƏFƏRRÜAT

Bakı. Samir Əli - Trend:

Sentyabrın 15-də Masallıda it dişləməsindən ölən azyaşlı ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Trend-in məlumatına görə, araşdımalar zamanı müəyyən edilib ki, azyaşlı Masallı rayon Mərkəzi Xəstəxanasında dərhal nəzarətə götürülüb və ona 4 dəfə peyvənd vurulub.

Oktyabrın 10-da Bakıya gətirilən yaralıya xəstəxanada növbəti dəfə peyvənd olunsa da, oktyabrın 16-da vəfat edib. Faktla bağlı araşdırmalar aparılır. Valideynlərinin hər hansı şikayəti olmayıb.

Xatırladaq ki, Masallı rayon sakini, 2015-ci il təvəllüdlü Əliheydər Xamıyevi it dişləyib. Uşaq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti