...

Zəhərlənən tələbə qızların hamısı evə buraxılıb

Hadisə Materials 27 Noyabr 2019 13:49 (UTC +04:00)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda kirayə qaldıqları evdə zəhərlənən tələbə qızlardan sonuncusu da xəstəxanadan evə buraxılıb.

Bu barədə Trend-ə 1 saylı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsindən bildiriblər.

Qeyd olunub ki, 6 nəfər nəfər zəhərlənən qızlardan sonuncusu 2002-ci il təvəllüdlü Süleymanlı Ləman Əfqan qızı da ambulator müalicəyə yola salınıb. Vəziyyəti digərlərindən daha ciddi olan qız sistem altında müalicə alırdı.

Xatırladaq ki, Bakıda daha 6 tələbə qız dəm qazından zəhərlənib, onların Xəzər Universitetinin tələbələri olduğu qeyd edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti