Şamaxıda piyada vurulub

Hadisə Xəbər 30 Noyabr 2019 11:30 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Şamaxı rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, rayon sakini, 1969-cu il təvəllüdlü Zərbalıyev Şahin Abdulbağı oğlu rayon ərazisində yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub.

Piyada qapalı kəllə-beyin travması ilə Şamaxı Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti