...

Biləcəridə iki nəfərin ölümü ilə nəticələn qəza barədə RƏSMİ

Hadisə Materials 30 Noyabr 2019 17:53 (UTC +04:00)
Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Biləcəridə iki nəfərin ölümü ilə nəticələn qəza barədə RƏSMİ

Bakı. Trend:

Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, noyabrın 29-da saat 16 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Bakı şəhər sakini Ağarza Ağayev idarə etdiyi “Khazar” markalı avtomobili qarşıda gedən paytaxt sakini E.Rzayevin idarə etdiyi “Mercedes” markalı avtomobilə vurub, zərbədən “Khazar” markalı avtomobil yol ayrıcısına dəyib.

Nəticədə A.Ağayev və sərnişini Rəşad Həsənov hadisə yerində ölüblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti