...

Bakıda avtomobil təmiri sexi yanıb

Hadisə Materials 2 Dekabr 2019 09:16 (UTC +04:00)

Bakı. Trend:

Bakıda avtomobil təmiri sexi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Xəzər rayonunda ümumi sahəsi 185 m² olan avtomobil təmiri sexinin yanar konstruksiyaları 35 m² sahədə yanıb. Sexin qalan hissəsi və içərisində olan 3 minik avtomobili yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti