...

Stansiya Sumqayıt qəsəbəsində yük maşını aşdı - İki nəfər öldü

Hadisə Materials 18 Dekabr 2019 11:32 (UTC +04:00)
Stansiya Sumqayıt qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Stansiya Sumqayıt qəsəbəsində yük maşını aşdı - İki nəfər öldü

Bakı. Trend:

Dekabrın 17-də Stansiya Sumqayıt qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, saat 6 radələrində Stansiya Sumqayıt qəsəbəsi ərazisində Saatlı rayon sakini Elvin Nəsibov idarə etdiyi “Hovo” markalı avtomobili yolun kənarına aşırmış və yük yerində olan çınqıl dağılıb. Nəticədə sürücü və sərnişini - Füzuli rayon sakini Rəşad Rəhimov hadisə yerində ölüblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti