...

Sərhəddən fişəng və pirotexniki vasitə keçirməyə cəhd edən şəxs saxlanılıb

Hadisə Materials 25 Dekabr 2019 11:21 (UTC +04:00)
Gürcüstandan idarə etdiyi "Qaz 32213" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb
Sərhəddən fişəng və pirotexniki vasitə keçirməyə cəhd edən şəxs saxlanılıb

Bakı. Trend:

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Qaz 32213" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual edilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məluamat görə, sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, gömrük baxışı zamanı avtomobilin damında 948 ədəd üzərində "Magical Candle" yazılan fişəng və 15600 ədəd pirotexniki vasitə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti