...

Mingəçevir sakini öz evində qohumunu bıçaqladı

Hadisə Materials 29 Dekabr 2019 16:10 (UTC +04:00)
Mingəçevir şəhəri ərazisində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən E.Kərimov saxlanılıb.
Mingəçevir sakini öz evində qohumunu bıçaqladı

Bakı. Trend:

Mingəçevir şəhəri ərazisində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən E.Kərimov saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Mingəçevir şəhərində yaşayan E.Kərimov evində münaqişə zəminində Yevlax rayon sakini olan qohumu R.Kərimova bıçaqla xəsarət yetirib.

Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən E.Kərimov saxlanılıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti