Bakı. Trend:
Yanvarın 1-də saat 2 radələrində paytaxtın Nizami rayonu ərazisində Şirvan şəhər sakini S.Mehdiyev idarə etdiyi “Opel” markalı avtomobillə 45-50 yaşlı kişini vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Nizami RPİ tərəfindən araşdırma aparılır.