...

Bakıda 4 otaqlı evdə və Sumqayıtda birmərtəbəli binada yanğın olub

Hadisə Materials 5 Yanvar 2020 23:18 (UTC +04:00)
Bakı şəhərinin Binəqədi rayonunda 4 otaqlı evdə və Sumqayıt şəhərində məcburi köçkünlərin məskunlaşdığı birmərtəbəli binada yanğın baş verib
Bakıda 4 otaqlı evdə və Sumqayıtda birmərtəbəli binada yanğın olub

Bakı. Trend:

Bakı şəhərinin Binəqədi rayonunda 4 otaqlı evdə və Sumqayıt şəhərində məcburi köçkünlərin məskunlaşdığı birmərtəbəli binada yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Sumqayıt şəhərində ümumi sahəsi 500 m² olan məcburi köçkünlərin məskunlaşdığı birmərtəbəli binanın 1 otağında taxta tullantıları 20 m² sahədə və tavan 20 m² sahədə yanıb. Otağın qalan hissəsi və bina yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti