...

Ağsuda elektrik naqillərini oğurlayanlar cinayət başında yaxalandılar

Hadisə Materials 9 Yanvar 2020 12:58 (UTC +04:00)
Ağsu rayonunda polis əməkdaşları elektrik dirəklərindən naqilləri kəsərək oğurlayan şəxslər cinayət başında yaxalanıblar.
Ağsuda elektrik naqillərini oğurlayanlar cinayət başında yaxalandılar

Bakı. Trend:

Vətəndaşların haqlı narazılığına səbəb olan, əhalini su və enerji ilə təmin edən qurğuların və avadanlıqların, onların hissələrinin sökülərək oğurlanması hallarının qarşısının alınması, bu cinayətləri törətmiş şəxslərin ifşa edilməsi istiqamətində daxili işlər orqanları tərəfindən əməliyyat tədbirləri həyata keçirilir.

Ağsu rayonunda polis əməkdaşları elektrik dirəklərindən naqilləri kəsərək oğurlayan şəxslər cinayət başında yaxalanıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, yanvarın 8-də Ağsu Rayon Polis Şöbəsinə rayonunun Pirhəsənli kəndindən keçən hissəsində dirəklərdən naqillərin kəsilməsi barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları həmin əraziyə yollanıb və 5 dayaq arasında olan xətləri kəsərək oğurlamağa cəhd göstərən 2 nəfər “iş başında” yaxalanıb. Bu zaman həmin şəxslər polis əməkdaşlarına müqavimət göstərib, küt alətlə onlara xəsarət yetirməyə cəhd ediblər. Lakin polis əməkdaşlarının çevikliyi və operativliyi sayəsində onlar zərərsizləşdirilib, saxlanılaraq maddi sübutlarla birgə Polis Şöbəsinə gətiriliblər.
Araşdırmalarla onların kənd sakinləri, əvvəllər məhkum olunmuş Səlim Nazimov və İmran Pirverdiyev olduqları müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti