Bakı. Trend:
Bakıda soyğunçuluqda şübhəli bilinən Şirvan şəhər sakini saxlanılıb.
Bu barədə Trend Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Məlumata əsasən, Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini D.Nəsirov yanvarın 12-də saat 9 radələrində Cavadxan küçəsi ev 28-in qarşısında 1 nəfərin ona zor tətbiq edərək mobil telefonunu aldığını bildirib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş E.Məmmədov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.