...

Bakı metrosunda sərnişin özünü qatarın altına atdı (VİDEO)

Hadisə Materials 27 Yanvar 2020 19:00 (UTC +04:00)
Bakı metrosunda həyəcanlı an yaşanıb.
Bakı metrosunda sərnişin özünü qatarın altına atdı (VİDEO)

Bakı. Samir Əli - Trend:

Bakı metrosunda həyəcanlı an yaşanıb.

Trend-in məlumatına görə, hadisə metronun "Azadlıq prospekti" stansiyasında baş verib.

Bir neçə dəqiqə öncə qatar stansiyaya daxil olarkən platformadakı sərnişinlərdən biri özünü relsin üzərinə atıb. Maşinist dərhal qatarı saxlayıb və polislərin köməkliyi ilə sərnişin platformaya çıxarılıb.

Qatarın hərəkəti bərpa olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti