DİN və Baş Prokurorluq Zamin Salayevlə bağlı birgə məlumat yayıb

DİN və Baş Prokurorluq Zamin Salayevlə bağlı birgə məlumat yayıb

Bakı. Trend:

Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi azadlıqdan məhrum edilmiş Salyan rayon sakininin guya polis əməkdaşı tərəfindən zorakılığa məruz qalması və özünü qadının müdafiəçisi kimi göstərmək istəyən digər bir sakinə işgəncə verilməsi barədə əsassız xəbərlərlə bağlı məlumat yayıb.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərindən Trend-ə verilən birgə məlumata görə, son günlər bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə ölkəmizdə sabitliyin pozulmasında maraqlı olan şəxslər tərəfindən qəsdən sağlamlığa ağır zərər vurma cinayətinə görə azadlıqdan məhrum edilmiş Salyan rayon sakini Aytəkin Abıyevanın guya polis əməkdaşı Həmzə Əzizov tərəfindən zorakılığa məruz qalması və özünü Aytəkin Abıyevanın müdafiəçisi kimi göstərmək istəyən həmin rayonun sakini Zamin Salayevə (Əlizamin Salayev) işgəncə verilməsi barədə məlumatlar yayılır. Əslində heç bir əsası olmayan, reallıqdan tamamilə uzaq, vətəndaşlarda dövlət qurumlarına inamsızlıq yaratmaq niyyəti güdən və qərəzli şəkildə uydurulan bu cür məlumatlarla bağlı bildirilir ki, 2019-cu il avqustun 8-də qohumu ilə rəsmi nikaha daxil olub ailə həyatı qurmuş Aytəkin Abıyeva əri ilə birgə Bakı şəhərinə köçüb və bundan on gün sonra adı istintaqa məlum olan keçmiş sevgilisinə zəng edib onunla Salyan şəhərinə gəlib və dörd gün müddətində müxtəlif ünvanlarda qalıblar.

Həyat yoldaşının polisə müraciəti əsasında avqustun 22-də tapılıb ailəsinə qaytarılan, daha sonra valideynlərinin yanına qayıdan Aytəkin Abıyeva yeni tanış olduğu başqa bir şəxslə telefon əlaqəsi saxladığı üçün anası tərəfindən tənbeh edildiyindən sərbəst yaşamaq qərarına gələrək 2019-cu il sentyabrın 10-da xəbər vermədən evdən gedib. Aytəkin Abıyevanın itkin düşməsi barədə ailə üzvlərinin Daxili İşlər Nazirliyinin 102 Xidmətinə müraciəti əsasında həmin gün o, polis əməkdaşları tərəfindən tapılıb valideynlərinə təhvil verilib.

Bir neçə gün evlərində qalan Aytəkin Abıyeva 2019-cu il sentyabrın 16-da yenidən evdən qaçıb əvvəldən yaxın münasibətdə olduğu digər tanışı ilə görüşüb. Ertəsi gün onun itkin düşməsi barədə valideynləri yenidən Salyan Rayon Polis Şöbəsinə müraciət ediblər. Müvafiq araşdırmanın aparılması baş təhqiqatçı Həmzə Əzizova tapşırılıb. Həyata keçirilmiş axtarış tədbirləri ilə Aytəkin Abıyevanın olduğu yer müəyyənləşdirilib və o, saxlanılıb qardaşına təhvil verilərkən buna etiraz olaraq üzərindəki bıçaqla Həmzə Əzizova həyat üçün təhlükəli olan ağır xəsarət yetirib.

Fakt üzrə Salyan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29-cü və 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanılıb və Aytəkin Abıyeva məhkəmənin qərarı ilə şübhəli qismində tutulub.

Aytəkin Abıyeva müdafiəçisinin iştirakı ilə verdiyi ifadələrdə ittiham üzrə özünü təqsirli bilib, cinayəti törətdiyi günədək Həmzə Əzizovla heç bir münasibətinin olmadığını və hər hansı polis əməkdaşı tərəfindən ona qarşı qanunsuz hərəkətə yol verilmədiyini göstərib.

Onun həmin cinayət əməlini törətməsi özünün səmimi ifadələri ilə yanaşı, istintaq zamanı toplanmış, bir-birini tamamlayan təkzibedilməz sübutlarla, o cümlədən hadisəni görən ailə üzvlərinin və digər çoxsaylı şahidlərin ifadələri, mobil telefon danışıqları barədə məlumatlar və ekspertiza rəyləri ilə tam təsdiqlənib.

Lənkəran Ağır Cinayətlər məhkəməsinin hökmü ilə Aytəkin Abıyevanın əməli Cinayət Məcəlləsinin 126.2.2-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif olunub və o, bu cinayətdə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd olunmalıdır ki, özünü Aytəkin Abıyevanın müdafiəçisi kimi göstərməyə cəhd edən Zamin Salayev xəbər verildiyi kimi, 2020-ci il yanvarın 13-də Bakı şəhərində ictimai qaydanı pozan hərəkətlərə yol verdiyinə və bununla əlaqədar polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmadığına görə məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib.

Saxlanılan zaman bütün prosessual hüquqları təmin olunan Zamin Salayev vəkili və ailə üzvləri ilə görüşüb. Ombudsman Aparatının əməkdaşları müvəqqəti saxlama yerində ona baş çəkiblər.

Eyni zamanda, Daxili İşlər Nazirliyi tərəfindən aparılan xidməti yoxlama prosesində Zamin Salayev, polis əməkdaşları tərəfindən hər hansı işgəncəyə və zorakılığa məruz qalmadığını bildirib. Bu xüsusat nazirliyin təşəbbüsü ilə Zamin Salayevin DİN-in Hospitalında keçirilmiş tibbi müayinəsi ilə təsdiqlənib.

Törətdiyi cinayətlərə görə əvvəllər də üç dəfə məhkumluq həyatı yaşayan, spirtli içki aludəçisi olan Zamin Salayevin Aytəkin Abıyevanın təzyiqə məruz qalması və hətta zorlanması barədə şərəf və ləyaqəti alçaldan böhtanlar yayması da qərəzdən başqa bir şey deyil və onun neqativ həyat təcrübəsinin və dünyagörüşünün təzahürüdür.

Bakı Limanı üfüqi yonma və tornaçı vintaçan dəzgahlarının satınalması üzrə  açıq müsabiqə elan edir
Bakı Limanı üfüqi yonma və tornaçı vintaçan dəzgahlarının satınalması üzrə açıq müsabiqə elan edir
Dəniz Limanı xəbərdaredici nişanların satınalması üzrə açıq müsabiqə elan edir
Dəniz Limanı xəbərdaredici nişanların satınalması üzrə açıq müsabiqə elan edir
Dəniz Limanı dəmir yollarının təmiri üçün avadanlıqların satınalması üzrə açıq müsabiqə elan edir
Dəniz Limanı dəmir yollarının təmiri üçün avadanlıqların satınalması üzrə açıq müsabiqə elan edir
Loading Bars
Xəbər lenti
Bakıda bir ayda sənaye məhsullarının və xidmətlərinin həcmi açıqlanıb
Ekologiya və Təbii Sərvətlər naziri və müavinləri vətəndaşları qəbul edib
Ədliyyə Nazirliyi və Mətbuat Şurası birgə jurnalist araşdırmaları müsabiqəsi elan edir
Martın 2-də xarici valyutaların manata qarşı məzənnələri
Nazirlər Kabinetinin yanında operativ qərargah brifinq keçirir
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ndə koronavirusla bağlı qərargah yaradıldı
Azərbaycandan ən çox hansı məhsulların ixrac edildiyi açıqlandı
Gündüz İsmayılov: Gənclərimizin milli-mənəvi dəyərlər ruhunda yetişmələri olduqca vacibdir
Avropa Komissiyası: IAP layihəsinin maliyyələşdirilməsi yollarını öyrənmək imkanları var
Dərs ili və tətil günlərində dəyişikliklər etmək səlahiyyəti Nazirlər Kabinetinə verilib
Tarixçi alim: Sumqayıt hadisələrindən əvvəl 4 mindən çox azərbaycanlı Ermənistandan qovulmuşdu
“World Harmony” Klassik və Folklor Musiqi Müsabiqəsini qalibləri müəyyən olundu - FOTO
Enerji diplomatiyasi üzrə Dövlət Katibinin köməkçisinin müavini Kurt Donili Bakiya səfər edib
Azərbaycanda BMT75 təşəbbüsünə rəsmi start verilir (FOTO)
Ankara Rusiya gəmiləri üçün boğazları bağlaya bilər
Maştağada antisanitar şəraitdə fəaliyyət göstərən quş kəsimi sexi aşkarlanıb
Bakıda muzdla işləyənlərin maaşı 10 faiz artıb
Bakı polisi koronavirusla bağlı yayılan məlumatlara münasibət bildirdi
Gürcüstanda koronavirusa ikinci yoluxma halı
AzTV-dən Sumqayıt hadisələri ilə bağlı film: “Kod adı: NALYOTÇİK” (VİDEO)
Bakıda qadını döyüb avtomobilini əlindən aldılar
Bakı əhalisi qeyri-ərzaq məhsullarına daha çox pul xərcləyib
Dövlət Gömrük Komitəsinin rəhbərliyi Xızı, Qobustan və Quba rayonlarında vətəndaşları qəbul edib (FOTO)
Türkiyədən Azərbaycana tekstil xammalı ixracı artıb
İranda yeni koronavirusdan ölənlərin sayı 34-ә yüksəlib
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma faktı təsdiq edildi
İran millisinin sabiq üzvü koronavirusdan dünyasını dəyişdi
Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri açıqlanıb
Şəmkirdə evlərdən oğurluq edən şəxs saxlanılıb (FOTO)
Bakıda uşaq bağçalarına qəbulda YENİLİK (FOTO)
İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyi ilə əlaqədar çoxsaylı tədbirlər keçiriləcək
Bakıda Biləsuvar sakinini bıçaqla hədələyib pulunu aldılar
Sun markası Məktəblərdə Gigiyena tədrislərinə start verdi (FOTO)
Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb
Gürcüstanlı nazir: Azərbaycan bizim etibarlı tərəfdaşımızdır
ADU-da Ali Attestasiya Komissiyasının sədri ilə görüş keçirilib (FOTO)
Azərbaycanlı jurnalist Macarıstan mediasında erməni vandalizmindən yazdı
Müxalifət "bəy"ləri özlərinə zərbə vurdular - "Politşou" təqdim edir (Videolayihə)
Mart ayına olan hava proqnozu açıqlandı
Türkiyədəki suriyalı qaçqınlar Avropa sərhədlərinə yaxınlaşıb
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Azərbaycanda qızıl və gümüş ucuzlaşdı
“Həkimlərimizi tanıyın!” - Yüksəkixtisaslı uzman otorinolarinqoloq Dr. Aynur Vəliyeva
Azərbaycan Müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
Sabah 18 dərəcə isti olacaq
“Sevimli nəğmələr” mahnı müsabiqəsinə start verilib
Bakıda un məmulatları istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb (FOTO)
Şəkidə evində meyiti tapılan şəxs ürək-ağciyər çatışmazlığından ölüb
Masallıda arvadını və qaynını öldürən şəxs Kliniki Tibbi Mərkəzə yerləşdirildi
Azərbaycan nefti ucuzlaşır
"Avroviziya-2020"də Azərbaycanı təmsil edəcək iştirakçının adı açıqlandı
“Kinderland” şəhərciyinə uçuşa hazır olun! (VİDEO)
Əbülfəs Qarayev: Koronavirus təhlükəsinə görə tədbirlərə məhdudiyyət qoyulmayacaq
Ombudsmanın Uşaq hüquqları üzrə pilləli tədris proqramı davam etdirilir
Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün ümumi müsahibə elan edilib
Baş prokuror Şirvan şəhərində vətəndaşları qəbul edib
Baş epidemioloq: Ölkədə epidemioloji həddi aşan yoluxucu xəstəlik qeydə alınmayıb
Güclü külək bəzi rayonlarda qaz təsərrüfatına ziyan vurub (FOTO)
Bərdədə qadının döyülərək qətlə yetirilməsi ilə bağlı cinayət işi açıldı
Çin səfərindən qayıdan Monqolustan prezidenti karantinə alındı
Məktəbli şahmatçıdan növbəti beynəlxalq uğur
Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısında iştirak edib (FOTO) (YENİLƏNİB-2)
Koronavirus təhlükəsi azərbaycanlı zəvvarların Həcc ziyarətinə təsir göstərməyib
Elmar Qasımov İstanbul Texnik Universitetinin rektoru ilə görüşüb (FOTO)
Bakı Limanında koronavirusla bağlı "Qaynar Xətt" fəaliyyətə başlayıb
ASB Bank İnternet və Mobil Bankçılıq platformalarını yenilədi!
Parisdə “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində beynəlxalq humanitar hüquq normalarının pozulması: əsir, girov, itkin düşmüş şəxslər problemi” mövzusunda konfrans keçirilib (FOTO)
Müəllim olmaq istəyənlər üçün yeni sənədlər hazırlandı
Prezident İlham Əliyev Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsindəki yeraltı piyada keçidinin açılışında iştirak edib (FOTO) (YENİLƏNİB)
BSU-da növbəti maarifləndirici tədbir (FOTO)
Ankarada Sosial, Mədəni və Humanitar Məsələlər Komissiyası çərçivəsində seminar baş tutub (FOTO)
Türkiyədən Azərbaycana müasir silah-sursat və hərbi texnika tədarük olunacaq
Koronavirus hansı səthlərdə daha çox yaşayır?
Belarus mətbuatında Xocalı soyqırımına dair məqalə dərc edilib
Övladlığagötürmə sahəsində müasir və innovativ idarəetmə təşki edilir
“Azərenerji” ASC-nin rəhbəri Baba Rzayevlə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin görüşü olub (FOTO)
Oğuzdakı silahlı qətlin təfərrüatı məlum oldu
Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəni gücləndirmək üçün qanunvericilik təkmilləşdiriləcək
Dövlət Neft Fondunun 2019-cu il üzrə gəlir və xərcləri açıqlandı
Həmkəndlilərinin evindən oğurluq edən şəxslər saxlanılıb
Azərbaycanda vəzifəli şəxslər maliyyə məlumatlarını təqdim edəcəklər
Kommunal xidmətlərlə bağlı vahid Çağrı Mərkəzi yaradılacaq
KOBİA və KOSGEB arasında əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdi: Birgə Fəaliyyət Planı təsdiqləndi (FOTO)
DSX: Sərhəd buraxılış məntəqələrinə məhdudiyyət qoyulmayıb (FOTO)
Bərdədə qadın qonşusu tərəfindən döyülərək öldürüldü
Azərbaycanda “Ağıllı şəhər” yaradılacaq
Aİİ rektoru ingilis dili kursunda iştirak edəcək tələbələrlə görüşüb (FOTO)
Bakıda təhsil müəssisələri və dini ibadət yerləri dezinfeksiya edilib
Kirayə mənzillərə müraciətin qəbulu və baxılması mərhələli həyata keçiriləcək
Fevralın 28-də xarici valyutaların manata qarşı məzənnələri
Milli Məclisin deputatı Tacikistanda parlament seçkilərini müşahidə edəcək
Bakı polisi 35 cinayətin üstünü açdı
Atəşkəs snayper tüfənglərlə pozuldu - 24 dəfə
Ermənistandan deportasiya edilən azərbaycanlı: Sumqayıt hadisələri baş verənə qədər ermənilər bizi qorxutmaq üçün döyür, təhqir edirdilər
ABŞ Konqresinin üzvü Virciniya Foks Xocalı Faciəsinin ildönümü ilə bağlı bəyanat verib
Bakıda avtoyuma məntəqəsində yanğın olub
Azərbaycanda avtomobil yük daşımalarının həcmi artıb
Almaniya məhkəməsi evtanaziya hüququnu müdafiə etdi
Bolqarıstanın Energetika naziri: Biz ambisiyalı “Cənub Qaz Dəhlizi” layihəsinin uğurla reallaşdırılmasına doğru addımlayırıq (MÜSAHİBƏ)
Çində koronavirusa yoluxanların 46 faizi sağalıb
Bütün xəbərlər