...

Bakı metrosunda qadın özünü qatar yoluna atdı

Hadisə Materials 14 Fevral 2020 12:27 (UTC +04:00)
Bakı metrosunda hadisə baş verib.
Bakı metrosunda qadın özünü qatar yoluna atdı

Bakı. Samir Əli - Trend:

Bakı metrosunda hadisə baş verib.

Bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, hadisə metronun "Memar Əcəmi" stansiyasında baş verib: "Stansiyada qadın qəfil qatar relsinə düşüb. Dərhal qatarların hərəkəti dayandırılıb. Qadın qatar yolundan çıxarılaraq polisə təhvil verilib. Nəticədə qatarların hərəkətində gecikmə olub. Hazırda interval bərpa olunub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti