...

Binəqədidə narkotik satan Abşeron sakini ələ keçdi

Hadisə Materials 8 Aprel 2020 11:34 (UTC +04:00)
Bakının Binəqədi rayonu ərazisində narkotik alverçisi yaxalanıb.
Binəqədidə narkotik satan Abşeron sakini ələ keçdi

Bakı. Samir Əli - Trend:

Bakının Binəqədi rayonu ərazisində narkotik alverçisi saxlanılıb.

Trend-in məlumatına görə, Binəqədi rayon Polis İdarəsinin və Post Patrul Bölüyünün əməkdaşları məlumat əsasında Abşeron rayon sakini, 1988-ci il təvəllüdlü A.Alxanovu saxlayıb. Saxlanılan şəxsin üzərinə baxış keçirilərkən ondan 0,231 qram heroin, 1,998 metamfetamin 0,104 metadon götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti