...

Bakıda küçədə yanmış kişi meyiti aşkarlandı

Hadisə Materials 28 Aprel 2020 09:58 (UTC +04:00)
Bakıda küçədə yanmış kişi meyiti aşkarlandı

Bakı. Samir Əli - Trend:

Bakıda yanmış kişi meyiti tapılıb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu "DSK yolu" adlanan ərazisində baş verib.

Meyitin müayinəsi zamanı onun yanmamış hissələrində hər hansı bir xəsarət izi aşkar edilməyib.

Araşdırma zamanı həmin şəxsin ətraf ərazilərdən dəmir və şüşə qabların yığımı ilə məşğul olduğu məlum olub.

Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Həmin şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində işlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti