...

Bakıda İspaniya vətəndaşının iş otağı qarət olundu

Hadisə Materials 5 May 2020 12:49 (UTC +04:00)
Bakıda əcnəbi vətəndaşın iş otağı qarət olunub.
Bakıda İspaniya vətəndaşının iş otağı qarət olundu

Bakı. Samir Əli - Trend:

Bakıda əcnəbi vətəndaşın iş otağı qarət olunub.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib. İspaniya Krallığı vətəndaşı, 1988-ci il təvəllüdlü Cayme Kabrero Miqel polisə ərizə ilə müraciət edərək bildirib ki, paytaxtda tətbiq edilən karantin rejimi ilə əlaqədar martın 14-dən mayın 5-nə qədərki müddətdə iş otağında olmadığı vaxtda dəyəri 260 manat olan "Samsung A 10" markalı mobil telefonu naməlum şəxs tərəfindən oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti