...

Astarada mənzildən pul və qızıl-zinət əşyaları oğurlandı

Hadisə Materials 5 May 2020 15:51 (UTC +04:00)
Astarada mənzildən pul və qızıl-zinət əşyaları oğurlandı

Bakı. Samir Əli - Trend:

Evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxslər aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 2-də rayon ərazisindəki evlərin birindən 300 manat pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Ərçivan qəsəbə sakinləri H.Hüseynov və İ.Məmmədov saxlanılıblar.

Ətraflarında aparılmış tədbirlərlə onların daha 1 evdən pul və qızıl-zinət əşyası oğurlamaları da müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti