...

Cəlilabadda narkotacirlər saxlanıldı

Hadisə Materials 11 May 2020 16:42 (UTC +04:00)
Cəlilabadda narkotacirlər saxlanıldı

Bakı. Trend:

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Sabirabad kənd sakini, əvvəllər məhkum olunmuş V.Şahbazov saxlanılıb. Onun üzərində keçirilən şəxsi axtarış zamanı bir bükümüdə narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Araşdırmalarla onun narkotik vasitəni həmkəndlisi, əvvəllər məhkum olunmuş Z.Ağayevdən aldığı müəyyən edilib və sonuncu da polis əməkdaşları tərəfindən saxlanılıb.

Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbiri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad şəhər sakini Z.Məmmədov saxlanılıb. Onun üzərində aparılan şəxsi axtarış zamanı 3 qram narkotik vasitə heroin aşkarlanıb. Davam edən tədbirlərlə Z.Məmmədova narkotik vasitəni satan şəxsin rayonun Abdullu kənd sakini M.Nəziyev olduğu müəyyən edilib və həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. M.Nəziyevin üzərindən və yaşadığı evdən ümumilikdə 77 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti