...

Bakı sakininin bank kartından külli miqdarda pul oğurlandı

Hadisə Materials 13 May 2020 09:32 (UTC +04:00)
Bakı sakininin bank kartından külli miqdarda pul oğurlandı

Bakı. Samir Əli - Trend:

Bakıda bank kartından oğurluq edlib.

Trend-in məlumatına görə, hadisə Yasamal rayonunda yerləşən bankomatların birində olub. Şəhər sakini Ş.Cəfərova məxsus kartdan 4 500 manat pul naməlum şəraitdə çıxarılaraq oğurlanıb.

Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisədə şübhəli bilinən 1996-cı il təvəllüdlü Ü.Rüstəmli saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti