...

Bakıda "BMW" 64 yaşlı kişini vurub öldürdü

Hadisə Materials 21 May 2020 09:17 (UTC +04:00)
Bakıda "BMW" 64 yaşlı kişini vurub öldürdü

Bakı. Samir Əli - Trend:

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, Binəqədi rayonu, S.Axundov küçəsində Yevlax rayon sakini Rəşad Şıxıyev idarə etdiyi "BMW" markalı avtomobillə 1956-cı il təvəllüd Rahid Məmmədovu vurub. Piyada aldığı xəsarətlərlə xəstəxanaya çatdırılsa da orada ölüb.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol-istismar qaydaların pozma, zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti