...

Evlərdən 55 min manatlıq oğurluq edən şəxs saxlanılıb

Hadisə Materials 23 May 2020 22:51 (UTC +04:00)
Evlərdən 55 min manatlıq oğurluq edən şəxs saxlanılıb

Bakı. Trend:

Oğurluqda şübhəli bilinən Masazır qəsəbə sakini yaxalanıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Abşeron RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 21-dən mayın 21-dək olan müddətdə rayon ərazisindəki 2 evdən min manat dəyərində inşaat materialları və 55 000 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən qəsəbə sakini F.Tahirov saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti